Bank Of Baku

Gürcüstandakı dərsliklərdə İslam dini ilə bağlı yanlış məlumatlara düzəlişlər ediləcək

Gürcüstandakı dərsliklərdə İslam dini ilə bağlı yanlış məlumatlara düzəlişlər ediləcək
# 05 iyul 2017 12:07 (UTC +04:00)

”Gürcüstanda gürcü və Azərbaycandilli məktəblər üçün nəzərdə tutulmuş “Tarix” fənni üzrə dərsliklərdə İslam dini haqqında yanlış məlumatlara düzəlişlər ediləcək”.
 

Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib. O bildirib ki, idarə 2010-cu ildə çap olunan və əsasən 6, 7, 8, 11-ci sinif dərsliklərindəki səhvlərin işarələnmiş surətləri ilə birgə Gürcüstanın Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

 
“Nazirlik tərəfindən müraciətimizə rəsmi cavab məktubu göndərilib və bildirilib ki, növbəti tədris ili üçün plan təsdiq olunarkən Gürcüstan Müsəlmanları İdarəsinin etirazı əsas tutulacaq və dərsliklərin növbəti nəşri zamanı yanlışlıqların düzəlişi sahəsində dini qurumla birgə müzakirələr aparılacaq, dini ekspertlərin rəyləri nəzərə alınacaq”, - deyə R. İgidov söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR