Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 9-da Gürcüstanın baş naziri Bidzina İvanişvili rəsmi “Facebook” səhifəsində Ramazan bayramının başlanması münasibətilə Gürcüstanda yaşayan müsəlmanları təbrik edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazirin təbriki rəsmi şəkildə “Facebook” səhifəsində yerləşdirilib.
“Muqqədəs Ramazan ayının başlanması münasibəti ilə müsəlman həmvətənlərimizi təbrik edirəm. Bu gözəl Müqəddəs Günün sevincini mən də bölüşmək istəyirəm. Gürcüstanda yaşayan bütün müsəlmanlara ruhi dinclik, sağlamlıq, xoshbəxtlik, irəliləyiş, birlik və güclü Gürcüstanda daim yaşamaq arzulayıram. Gürcüstan bu ölkədə yaşayan hər bir vətandaşın vətənidir. Hamınızı ürəkdən təbrik edirəm”.