Tiflis. Nizami Məmmədzadə-APA. Bu il ilk dəfə olaraq Gürcüstanda Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən dərc olunan təqvimdə digər dinlərin bayramları ilə bir yerdə İslam dininin müqəddəs günləri də yer alıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları idarəsinin rəhbəri, şeyx Ramin İgidov APA-ya məlumat verib.
Onun sözlərinə görə, təqvimdə Qurban və Ramazan kimi böyük bayramlarla yanaşı Hz. Peyğəmbərin mövludu (s), Hz. İmam Əli (ə) və Hz. Xanım Zəhranın təvəllüd günləri, Məbəs və Qədir-Xum bayramları, Aşura və kandil gecələri qeyd olunub.
Nəşr olunan təqvimlər müsəlmanlar yaşayan bölgələrə də paylanılıb.