Bank Of Baku

İran azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişini asanlaşdırıb

İran azərbaycanlı zəvvarların Kərbəlaya gediş-gəlişini asanlaşdırıb
# 01 noyabr 2017 13:35 (UTC +04:00)

“Ərbəinə (Kərbəla) azərbaycanlı zəvvarların gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilib”.

 

Bunu APA-nın Tehran bürosuna İranın Ərbəin Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib. Ş. Heydəri bildirib ki, indiyədək əcnəbilərin, xüsusilə Azərbaycan və Türkiyədən olan zəvvarlar İraq ərazisinə keçməsi yalnız Şələmçə  sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün olub: “Qərara alındı ki, zəvvarların səfərini asanlaşdırmaq məqsədi ilə onların Mehran sərhəd-buraxılış məntəqəsi vasitəsilə də gediş gəlişinə icazə verilsin”.

 

O deyib ki, Azərbaycandan Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran sərhəd-buraxılış məntəqəsi ilə yanaşı, Xosrəvi sərhəd-buraxılış məntəqəsindən də keçə bilər. Lakin hələlik Xosrəvi məntəqəsində gediş-gəliş bərpa olunmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR