Bank Of Baku

İran prezidenti Qurban bayramı münasibətilə bütün müsəlman ölkələrinin dövlət başçılarını təbrik edib

İran prezidenti Qurban bayramı münasibətilə bütün müsəlman ölkələrinin dövlət başçılarını təbrik edib
# 16 oktyabr 2013 10:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani müqəddəs Qurban bayramı münasibətilə bütün müsəlman ölkələrinin dövlət başçılarını təbrik edib.

 

APA-nın İran prezidentinin rəsmi saytına istinadən məlumatına görə, H.Ruhani məktubunda müsəlman ölkələrinin liderlərini və xalqlarını eşq və imanın təcəllisi olan Qurban bayramı münasibətilə təbrik edərək, İslam ümməti olan xalqlar arasında dostluq və sülhün ilahi təlimlər əsasında yayılmasını istəyib.

 

İran prezidenti həmçinin bütün müsəlman ölkələri və xalqlarına müvəffəqiyyətlər və sağlamlıq arzulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR