Bakı. Könül Cəfərli - APA. Azərbaycanda səfərdə olan İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə İranla Azərbaycan arasında siyasi, iqtisadi, ticari və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.
Hacı Allahşükür Paşazadə bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin mənafeyinə xidmət edəcək: “İranla Azərbaycan arasındakı mədəni, dini və ictimai sahədəki ortaq tərəflər və dəyərlər iki ölkə arasındakı əməkdaşlığın inkişafına və ticarət həcminin artırılmasına müsbət təsir edəcək. Bu məqsədlə də hər iki tərəfin iştirakı ilə ortaq toplantıların keçirilməsi lazımdır”.