APA-nın məlumatına görə, B. Zəncaninin rəsmi internet saytında yayılan açıqlamada bildirilir ki, oruc tutanlar susuzluğa dözə bilmədikləri anda az miqdarda su qəbul edə bilər. Ayətullah deyib ki, oruc tutan şəxs susuzluqdan halsız vəziyyətə düşdüyü və ətraf aləmə reaksiya vermək imkanında olmadığı zaman, susuzluqdan ölməməsi üçün xəbəri olmadan ona içirdilən su orucu pozmur. Çünki bu həmin şəxsin iradəsindən xaric, başqaları tərəfindən həyata keçirilib.
B. Zəncaninin bu fikri müsəlmanlar arasında fikir ayrılığı yaradıb, bəzi dairələr isə bunu narazılıqla qarşılayıblar.