Bakı. Viktoriya Dementyeva-APA. Sentabrın 2-3-də İrəvanda Ermənistanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Müasir dünyada dini etiqad azadlığı: problemlər və qarantiyalar” adlı forum keçiriləcək. APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, forumda dini icmaların nümayəndələri, AŞ ölkələrinin ekspertləri, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri iştirak edəcəklər.
Forumun açılış mərasimində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, bütün ermənilərin katalikosu II Qaregin iştirak edəcəklər.