Bank Of Baku

İstanbulda İslam həmrəyliyi ilə bağlı təşkil olunan tədbirin yekunlarına dair mətbuat konfransı keçirilib

İstanbulda İslam həmrəyliyi ilə bağlı təşkil olunan tədbirin yekunlarına dair mətbuat konfransı keçirilib
# 27 sentyabr 2017 12:28 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İstanbulda təşkil olunan “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransın yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, mətbuat konfransında QMİ sədrinin müavini Hacı Salman Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova və İdarənin rəsmisi Rəşad Əliyarlı iştirak edib.

 

R. Əliyarlı konfransın əhəmiyyətindən danışıb, gələcəkdə keçiriləcək tədbirləri xatırladaraq deyib ki, oktyabrda Özbəkistanda, noyabrda İspaniyada, dekabrda isə Bakıda belə bir konfrans təşkil olunacaq. Rusiyanın Sankt-Peterburq şəhərində də konfrans keçirilməsi nəzərdə tutulur.

 

G. İsmayılov bildirib ki, islam həmrəyliyi başqa dinlərə qarşı cəbhə açmaq demək deyil: “Burada dostluq, qardaşlıq, sülh irəli sürülür. İslam həmrəyliyi təkcə müsəlman coğrafiyasında deyil, dünyada yayılmalıdır”.

 

O qeyd edib ki, bu tədbirlər Azərbaycan prezidenti İlham Əliyevin İslam həmrəyliyi ili ilə bağlı imzaladığı sərəncamda nəzərdə tutulan plana uyğun keçirilir: “Bu tədbirlərin keçirilməsində Şeyxülislam Hacı Allahşükür Paşazadənin də nüfuzu önəmli rol oynayır. Biz bu tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaradılan şəraitdən də bəhrələnirik”.

 

Salman Musayev isə deyib ki, dünyada gedən proseslər mənfi tendensiyalarla müşahidə edilir: “Müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamafobiya meyilləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün olurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR