Bank Of Baku

Moskvanın ən böyük məscidində 100 mindən çox müsəlman bayram namazı qılıb - FOTO

Moskvanın ən böyük məscidində 100 mindən çox müsəlman bayram namazı qılıb  - <span style="color: red;">FOTO
# 09 avqust 2013 10:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında yaşayan müsəlmanlar Ramazan bayramını qeyd edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Sülh prospektində yerləşən, inşaatı hələ də davam edən paytaxtın ən böyük məscidində və ətraf küçələrdə 100 mindən çox müsəlman bayramı birlikdə qeyd edib. Tatar, çeçen, inquş, dağıstanlı və Rusiyada əmək miqrantı kimi fəaliyyət göstərən MDB ölkələrinin müsəlmanları birlikdə bayram namazı qılıblar.

 

Moskva polisi ciddi təhlükəsizlik tədbirləri görüb. Belə ki, ərazini qorumağa çoxlu sayda polis dəstələri cəlb olunub. Havadan isə polis helikopterləri uçuşlar həyata keçiriblər.

 

Ümumilikdə Moskva məscidlərində qılınan bayram namazında iştirak edən müsəlmanların sayı 200 mini keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR