"Azərbaycan sakitlik adasıdır. Çünki həm Azərbaycan əhalisinin mental xüsusiyyətləri, həm də dövlətin atdığı qabaqlayıcı addımlar radikal dini qrupların fəaliyyətinə imkan vermir".
APA-nın məlumatına görə, bunu bu Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Multikulturalizm ili: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, qabaqlayıcı addımlar atılmasa, ətrafımızda baş verən radikalizm Azərbaycana da gəlib çatar: "İslam sülhə, barışa çağırır. Cəmiyyətimiz də bunu bilir və bu istiqamətdə də işlər gedir. Gənclərlə iş bu sahədə mühüm istiqamətdir və Azərbaycanda gənclərə xüsusi diqqət yetiririk. Biz Azərbaycanı hər hansı təhlükə ilə üz-üzə qoymayacağıq. Biz enerjimizi Dağlıq Qarabağın, işğal edilmiş torpaqlarımızın azad edilməsinə yönəlməliyik. Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik".
Mübariz Qurbanlı: "Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik"
16 dekabr 2016 12:37 (UTC +04:00)
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024