Bank Of Baku

Mübariz Qurbanlı: "Azərbaycanda radikal qrupların kök atmasının qarşısı alınıb"

Mübariz Qurbanlı: "Azərbaycanda radikal qrupların kök atmasının qarşısı alınıb"
# 27 dekabr 2017 10:28 (UTC +04:00)

"Bu il Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində ciddi tədbirlər görülüb. İslam Həmrəyliyi ili çərçivəsində mühüm işlər həyata keçirilib".

 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

 

M. Qurbanlı deyib ki, Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi hüquq-mühafizə orqanları ilə birlikdə dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirib: "Nəticədə Azərbaycanda radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb. Azərbaycanda ictimai-siyasi, dini sabitlik mövcuddur. Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR