Bank Of Baku

Nalçikdə naməlum şəxslər məscidin imamını döyüb

Nalçikdə naməlum şəxslər məscidin imamını döyüb
# 05 fevral 2015 22:24 (UTC +04:00)

Bakı-APA. Qabardin-Balkarın paytaxtı Nalçikdə iki naməlum şəxs “Mənsur” məscidinin imamını döyüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə RF Qabardin-Balkar Respublikasının DİN-in saytında bildirilir.

 

“Yanvarın 31-də saat 22 radələrində Nalçik şəhəri 2-ci Tamansk diviziyası küçəsində yaşadığı evin qarşısında “Mənsur” məscidinin imamı iki naməlum şəxs tərəfindən döyülüb”, deyə məlumatda bildirilir.  

 

Müxtəlif xəsarətlər almış  din xadimi xəstəxanaya müraciət edib.

 

Faktla bağlı cinayət işi başlanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR