Bank Of Baku

Oğuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başlayıb - FOTOSESSİYA

Oğuzda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda  regional konfrans başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2015 12:02 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Oğuz rayonunda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda  regional konfrans keçirilir.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Oğuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar iştirak edir.

 

İki gün davam edəcək regional konfrans iştirakçıları əvvəlcə  Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransda çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov qeyd edib ki, ölkədə dövlət-din münasibətləri yüksək səviyyədədir, müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq”.  

 

DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkədəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışı sürətlənib. O, bu istiqamətdə  Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb. Qeyd edilib ki, ölkədə digər dini konfessiyalara da dövlət tərəfindən diqqət və qayğı göstərilir, kilsə və sinaqoqlar təmir olunur, yeniləri tikilirir.

 

Dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını qeyd edən natiqlər onu da vurğulayıblar ki, məscidlər həm də elm ocağıdır. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə müəyyən işlər görmək və layihələr həyata keçirmək istiqamətində tədbirlər hazırlayırlar.

 

Konfransdan sonra Komitə sədri Mübariz Qurbanlı və BMT-nin Rezident Əlaqələndiricisi Antonius Brukun Oğuz Cümə məscidinə və daha bir neçə tarixi məscidlərə baş çəkib, həmçinin Oğuzdakı sineqoqda olub, oraya kitab hədiyyə edib, dini icma üzvləri ilə görüşüblər. Konfrans iştirakçıları həmçinin Oğuz Tarix-diyarşünaslıq muzeyində olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR