Bank Of Baku

Patriarx Kirill: “Azərbaycanda kilsə-dövlət münasibətləri kifayət qədər yüksək səviyyədədir”

Patriarx Kirill: “Azərbaycanda kilsə-dövlət münasibətləri kifayət qədər yüksək səviyyədədir”
# 09 fevral 2015 14:48 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Patriarx Kirillin həmin müşavirədə məruzəsinin yekun hissəsi Rus Pravoslav Kilsəsi ilə dövlət strukturları və Kilsənin kanonik tabeliyində olan ərazilərdəki ictimai təsisatlar arasında qarşılıqlı münasibətlər məsələsinə həsr edilib.

 

Patriarx öz məruzəsində qeyd edib ki, Azərbaycanda kilsə-dövlət münasibətləri kifayət qədər yüksək səviyyədədir. Kilsə ilə dövlət hakimiyyəti arasında konstruktiv əməkdaşlıq münasibətlərin yarandığını deyən Patriarx Kirill qeyd edib ki, pravoslav məbədlərinin Bakı Yeparxiyasına verilməsi faktları buna inandırıcı sübutdur.

 

“Əlamətdar haldır ki, dini ekstremizmə qarşı yönəlmiş Azərbaycan qanunvericiliyi qondarma islam qurumlarının və digər pozucu sektaların fəaliyyətini xeyli çətinləşdirir. Qafqaz Müsəlmanları İdarəsi ilə dostluq münasibətləri saxlanılır. Şəxsən bu idarənin sədri şeyxülislam Allahşükür Paşazadə kilsəyə sanballı kömək edir”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR