Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin Etika komissiyası yaradılıb - YENİLƏNİB

Qafqaz Müsəlmanları İdarəsinin Etika komissiyası yaradılıb - <span style="color: red;">YENİLƏNİB
# 13 oktyabr 2015 08:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Etika komissiyası yaradılıb.

 

APA-nın məlumatına görə, komissiyanın yaradılması bu gün QMİ-də keçirilən tədbirdə sədr Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən elan olunub. O qeyd edib ki, komissiyanın yaradılmasında məqsəd yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlıdır. 
 

Etika komssiyasına Şeyxülislam Hacı Allahşükür Paşazadə sədrlik edəcək. Komissiyanın tərkibi QMİ-nin sədr müavinləri və əməkdaşlarından ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR