Bank Of Baku

QMİ-nin təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti açıqlanıb

QMİ-nin təşkil etdiyi Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti açıqlanıb
# 09 iyun 2017 08:50 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub.

 

QMİ-dən APA-ya verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək. 

 

Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq. 

 

İndiyədək müxtəlif qurumlar  vasitəsi ilə avtobusla həyata keçirilən Məşhəd səfərlərinin qiyməti 200-300 manat, Kərbəla səfərlərinin qiyməti isə 600-800 manat arasında olub.

 

Qeyd edək ki, QMİ Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. Ziyarətlər peşəkar dini bələdçilərin müşayiətində həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR