Bank Of Baku

QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədliyə Rusiyada elmi dərəcə verilib

QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədliyə Rusiyada elmi dərəcə verilib
# 16 dekabr 2016 09:26 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) “İçərişəhər” üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhərdəki “Cümə” məscidinin Axundu  Hacı Surxay Məmmədli Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.

 

Bu barədə APA-ya QMİ-dən bildirilib.

 

Məlumata görə,  Hacı Surxay Məmmədli dini maarifləndirmə ilə bağlı tez-tez mətbuatda, televiziyada çıxış edir. Onun  müxtəlif illərdə qələmə aldığı “İslamda əxlaq”, “Təsəvvüf”, “İslam maarifində dünyaya münasibət” kitabları oxucuların rəğbətini qazanıb.

 

Surxay Məmmədli 1968-ci ildə Masallı rayonunda anadan olub. Bakı İslam Universitetinin məzunudur.  Tələbəlik illərində ictimai fəaliyyətlə məşğul olub,  Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib. 1993-cü ildə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsindəki məscidə Axund təyin olunub. 1997-2004-cü illərdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. İçərişəhər “Cümə” məscidi dini icmasının sədri və Axundu, eyni zamanda QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi kimi 2004-cü ildən başlayaraq fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR