Bank Of Baku

QMİ: Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı avqustun 9-u səhər qılınacaq

QMİ: Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı avqustun 9-u səhər qılınacaq
# 08 avqust 2013 07:48 (UTC +04:00)

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.

 

İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmayıb.

 

Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR