Bank Of Baku

QMİ Əjdərbəy məscidi adına ianələr toplanmasına münasibət bildirib

QMİ Əjdərbəy məscidi adına ianələr toplanmasına münasibət bildirib
# 07 yanvar 2013 12:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Bakı şəhərində xüsusi hazırlanmış vərəqələr paylayaraq ianə toplayanlara münasibət bildirib.

 

APA-nın QMİ-nin rəsmi saytına istinadən xəbərinə görə, idarənin bununla yaydığı açıqlamada bildirilir ki, Bakı şəhərinin müxtəlif yerlərində xüsusi hazırlanmış vərəqələr insanlara paylanır və əvəzində müəyyən maddiyyat umulur: “Vərəqələri paylayaraq maddi vəsait toplamağa cəhd edənlər bunu guya Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia edirlər”.

 

QMİ bildirir ki, bu, həqiqətəuyğun olmayan bir məsələdir və burada Əjdərbəy məscidinin adının hallandırılması təəssüf doğurur: “Əjdərbəy məscidi kasıb insanlara yardımı hər zaman yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR