Bank Of Baku

QMİ sədri: “Azərbaycan tolerantlıq və müxtəlif dinlərə tapınanlar arasında səmimi münasibətlərin hökm sürdüyü bir məkandır”

QMİ sədri: “Azərbaycan tolerantlıq və müxtəlif dinlərə tapınanlar arasında səmimi münasibətlərin hökm sürdüyü bir məkandır”
# 21 avqust 2013 12:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov: “Azərbaycanda bu gün din öz layiqli yerini tutub. Müasir Azərbaycan dövləti son 20 il ərzində dünyəvi dövlət şəraitində dini dəyərlərə yüksək ehtiramın, dini abidələrə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi tanınır”. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) APA-ya verilən məlumata görə, bu fikirləri İordaniyada səfərdə olan QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Əhl-əl-Beyt” Kral Fikir Müəssisələri Akademiyasının təşkil etdiyi konfransda bildirib.

 

Şeyx qeyd edib ki, son zamanlar dünyada insan haqları, vətəndaş cəmiyyəti haqda çox danışılır: “Mənim anlamımda, insan haqları deyilən məfhumun Qərb standartları və ya Şərq meyarları olmur. Burada əsas olan ədalət prinsipidir. Kifayət qədər oturuşmuş, sabit vətəndaş cəmiyyətlərinə misal olaraq, mən təmsil etdiyim dövlətin – Azərbaycanın timsalında danışmaq istərdim. Müstəqillik qazandıqdan sonra biz öz dini dəyərlərimizə qayıdış imkanı qazandıq. Dini mərkəz olaraq, rəhbərlik etdiyim Qafqaz Müsəlmanları İdarəsi bu proses üçün bütün səy və imkanlarını səfərbər etdi. Lakin o dövrdə problemlərin həlli yalnız dövlət dəstəyi olacağı təqdirdə mümkün idi. Şükürlər olsun ki, Azərbaycanda belə bir siyasi iradə sahibi Heydər Əliyev hakimiyyətə gəldi və mənəvi irsimizin himayədarı oldu, məscidə gələrək xalqla birlikdə olmaq, Ramazan İftarlarında iştirak kimi ənənələrin başlangıcını qoydu. Azərbaycan bütün sahələrdə olduğu kimi, tolerantlıq, müxtəlif dinlərin ardıcılları arasında səmimi münasibətlərin hökm sürdüyü bir məkan olaraq da bütün dünya üçün uğurlu bir nümunədir. Dövlət rəhbərimizin qarantı olduğu etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR