Bank Of Baku

Rusiyada azərbaycanlı məscid imamının köməkçisini döyüb

Rusiyada azərbaycanlı məscid imamının köməkçisini döyüb
# 17 yanvar 2013 10:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Nefteyuqansk məscidində imamın köməkçisinin duasına qulaq asan azərbaycanlı düzgün dua etmədiyi üçün onu döyüb.

 

APA-nın vz.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Xantı-Mansiysk muxtar vilayətinin müftisi məlumat verib.

 

Onu sözlərinə görə, yarım günlük duadan sonra mərasimdə iştirak edən azərbaycanlı imamın köməkçisi ilə birlikdə onun kabinetinə daxil olub: “Ruhaninin düzgün dua etmədiyini deyərək köməkçini döyməyə başlayıb, onun burnunu və çənəsini sındırıb. Səs-küyə gələn ətrafdakı insanlar onları ayırıblar”.

 

Müftinin dediyinə görə, zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb. Lakin hücum edən şəxsin həbs olunub-olunmadığı barədə məlumat yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR