Bank Of Baku

Şeyx: “Azərbaycanda dindarlar dövlətin həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirlər”

Şeyx: “Azərbaycanda dindarlar dövlətin həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirlər”
# 10 aprel 2013 14:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycandakı bütün dindarlar ölkə vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirləri dəstəkləyirlər”. APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən Fatimeyi-Zəhranın (ə) vəfatı ilə bağlı mərasimdə QMi sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

 

O qeyd edib ki, Azərbaycandakı dindarlar ölkənin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar. QMİ sədri onu da vurğulayıb ki, ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR