Bakı. Mübariz Aslanov - APA. “Bu gün Azərbaycanda elə məscid var ki, cümə günü ora 15 nəfər gedir, eləsi də var ki, 1500 nəfər gedir”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
Onun fikrincə, bəzi məscidlərdəki axund və imamlar öz işlərini görə bilmədikləri, moizələri zəif olduğu üçün ora heç kim gəlmir: “Həmin imam və axundlara xatırlatmaq istəyirəm ki, onların işi xalqa xidmət etmək, moizələrini mükəmməl təşkil etməkdir.”.