Bank Of Baku

Şeyxülislam din xadimlərini moizələrdə məzhəb ayrı-seçkiliyinə yol verməməyə çağırıb

Şeyxülislam din xadimlərini moizələrdə məzhəb ayrı-seçkiliyinə yol verməməyə çağırıb
# 24 may 2017 10:41 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı boyunca din xadimlərinə çıxışlarında, xüsusilə axund və imamlara moizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirmələrini qadağan edib.

 

APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayı ilə bağlı keçirilən tədbirdə bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı ona məlumat versə, həmin din xadimi barəsində tədbir görüləcək.
 

O qeyd edib ki, Komitə ilə bu məsələdə birgə nəzarət həyata keçiriləcək: “Ona görə də indidən sizə ay boyunca, ümumiyyətlə çıxış və moizələrinizdə məzhəb adı çəkərək fərqliliyə yol vermək, məzhəb ayrı-seçkiliyi salacaq ifadələr işlətməyi qadağan edirəm. Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bununla bağlı mənə hər hansı siqnal çatdırsalar, dərhal tədbir görüləcək. Çünki bizdə məzhəb fərqliliyi yoxdur, olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR