Bank Of Baku

Sloveniyada ilk məscidin təməli qoyulub

Sloveniyada ilk məscidin təməli qoyulub
# 15 sentyabr 2013 05:05 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərasimdə Sloveniyanın baş naziri Alenki Bratuşek, bir neçə min dindar və çoxlu xarici qonaq iştirak edib.

 

Qeyd edək ki, ümumi sahəsi 11 min kv.m olan mərkəz məscid, 40 metr hündürlükdə  minarə, tədris və idman mərkəzləri, kitabxana və yaşayış binasından ibarət olacaq.

 

12 milyon avro dəyərində olan layihəni 3 ilə reallaşdırmaq planlaşdırılıb. Maliyyə vəsaitinin böyük hissəsini Qətər hakimiyyəti ianə edib.

 

Qeyd edək ki, Sloveniya əhalisinin 2,5 faizi müsəlmandır.

 

Ölkənin Loq şəhərində 1916-cı ildə ucaldılmış yeganə məscidi II dünya müharibəsindən sonra baxımsızlıqdan uçulmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR