Ucar. Zahid Abışov – APA. Ucar rayonunda evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 10:00 radələrində rayonun Alpout kəndində qeydə alınıb.
Kənd sakini? 1973-cü il təvəllüdlü Həmidov Həmzə Əlikişi oğluna məxsus 2 mərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib.
Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Evin bir hissəsi tamamilə yanıb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil, araşdırma aparılır.