Bank Of Baku

Vaşinqtonda Ceymstaun Fondunda Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilib - FOTO

Vaşinqtonda Ceymstaun Fondunda Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilib - <span style="color: red;">FOTO
# 06 dekabr 2012 08:58 (UTC +04:00)

 


Bakı-APA. Vaşinqtonun Ceymstaun Fondunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Ceymstaun Fondunun təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda dəyirmi masa təşkil edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) APA-ya verilən məlumata görə, qurumun sədri Elşad İskəndərovun ABŞ-a səfəri çərçivəsində keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin ABŞ siyasi və akademik elitasına təqdim etmək olub.

 

Tədbiri dəyirmi masanın ev sahibi qismində açan Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor müzakirə mövzusunun əhəmiyyəti barədə danışıb. Azərbaycanın ABŞ-ın önəmli müttəfiqi olduğunu bildirən natiq, ölkəmizin təkcə enerji və təhlükəsizlik məsələlərində deyil həmçinin “dinlərarası münasibətlərin modeli” kimi də ABŞ və ümümilikdə Qərb ölkələri üçün əhəmiyyətini vurğulayıb.

 

Dəyirmi masanın əsas məruzəçisi kimi çıxış edən Elşad İskəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə tədbir iştirakçılarını məlumatlandırmış və bu kontekstdə Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verib. Natiq öz çıxışında Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığını, onların unikal Azərbaycan mədəniyyətinin formalaşdırılmasına töfhə verdiyini önə çəkib.

 

Dövlər Komitəsinin sədri, həmçinin müasir dövrdə Azərbaycan dövlətinin tarixi ənənələri qoruyub saxlamaq istiqamətində gördüyü işlərə toxunub və bu sahədə mövcud təhdidlərin qarşısının uğurla alındığını qeyd edib.

 

Tədbiri yekunladıran Fondun nümayəndəsi və dəyirmi masa iştirakçıları bildiriblər ki, Vaşınqtında akkreditə olunmuş diplomatik korpusun, ABŞ-ın dövlət və elmi dairələrinin nümayəndələrinin və media mənsublarının təmsil olunduğu tədbir istər mövzu və istərsə də verilən məlumatların dolğunluğu baxımından ciddi maraq yaradıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR