Bank Of Baku

Vatikan nunsisi: I Fransiskin Roma Papası seçilməsi Vatikan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək

Vatikan nunsisi: I Fransiskin Roma Papası seçilməsi Vatikan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək
# 16 aprel 2013 09:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Vatikanın Cənubi Qafqazda nunsisi Marek Solçinski deyib.

 

O qeyd edib ki, hələlik bu barədə fikir yürütmək tezdir, çünki o Roma Papası postuna yeni seçilib: “Lakin yeni Papa nümayiş etdirib ki, müsəlman ölkələri ilə dialoqa açıqdır. Və yəqin ki, bu mənada, bu, Müqəddəs Taxt-Tacla Azərbaycanın münasibətlərinə müsbət təsir göstərəcək”. 

 

Marek Solçinski Bakıda keçirilən konfransı da yüksək qiymətləndirib: “Bu kimi tədbirlər müxtəlif ölkələrdən olan bütün dini konfessiyaların nümayəndələrini bir masa arasına toplamağa imkan verir ki, bu da cəmiyyətlərdə tolerantlığa və qarşılıqlı əməkdaşlığa xidmət edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR