APA-nın məlumatına görə, moizəni dinləmək üçün Vatikanın Müqəddəs Pyotr meydanına 200 min inanclı şəxsin toplanacağı gözlənilir.
85 yaşlı pontifik istefa qərarını fevralın 11-də açıqlayıb. O Vatikanı sabah tərk edərək vertolyotla Kastelqandolfodakı Papa iqamətgahına gedəcək. Papa postuna “vakant rejim” sabah saat 00.00-dan başlayacaq.