Abid Şərifov Türkiyə səfirliyinə gələrək terrorla əlaqədar başsağlığı verib

Abid Şərifov Türkiyə səfirliyinə gələrək terrorla əlaqədar başsağlığı verib
# 30 iyun 2016 12:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan baş nazirinin müavini Abid Şərifov İstanbulun Atatürk hava limanında baş vermiş faciə ilə əlaqədar Türkiyə səfirliyinə gəlib.

APA-nın xəbərinə görə, A. Şərifov Türkiyə səfiri İsmayıl Alper Coşkuna başsağlığı verib, faciə qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.

A. Şərifovla yanaşı, xarici işlər nazirinin müavini Xələf Xələfov də səfirliyə gələrək Türkiyə səfirinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR