Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclasının vaxtı məlum olub.
APA-nın məlumatına görə, iclas bu gün saat 16:00-da keçiriləcək.
İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılacaq.
***
12.02
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” barədə qərar qəbul edilib və MSK-nın yeni tərkibi müəyyənləşib.
APA-nın məlumatına görə, prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri - Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.
Məzahir Pənahov və Rövzət Qasımov YAP-ın, Arifə Muxtarova bitərəf deputatların, Mikayıl Rəhimli parlamentdə azlıq təşkil edən partiyaların təqdim etdiyi siyahılar üzrə yenidən MSK üzvü seçiliblər.