Nazir müavini: “İri buynuzlu heyvanlar arasında ölümcül virusa yoluxma hallarının baş verməsi ətin bahalaşmasına səbəb olmayacaq”

Nazir müavini: “İri buynuzlu heyvanlar arasında ölümcül virusa yoluxma hallarının baş verməsi ətin bahalaşmasına səbəb olmayacaq”
# 05 sentyabr 2013 11:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda iri buynuzlu heyvanlar arasında ölümcül virusa yoluxma ilə əlaqədar ət və ət məhsullarının qiymətinin qalxması mümkün deyil. Xəstəliyin ilk yayıldığı vaxtlarda bununla bağlı böyük ajiotaj yaranmışdı. Həmin vaxt belə halların baş verməsi müşahidə oluna bilərdi, lakin bildiyiniz kimi qiymət artımı baş vermədi”.

APA-Economics”in məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov jurnalistlərə açıqlamasında deyib.

“İnanmıram ki, bu xəstəlik ətin qiymətinə təsir etsin. Düzdür, ilk vaxtlar belə səs-küy yaranmışdı. Eyni zamanda inanıram ki, məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin də bu işə baxan departamenti lazımi tədbirlər görəcək”, - deyə nazir müavini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR