ABŞ-da yaşayış binasında partlayış baş verib, 34 nəfər xəsarət alıb

ABŞ-da yaşayış binasında partlayış baş verib, 34 nəfər xəsarət alıb
# 02 oktyabr 2015 19:32 (UTC +04:00)

Bakı-APA. ABŞ Florida ştatında, Sanni-Ayls-Biç şəhərində yaşayış binasında güclü partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 34 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, partlayış binanın qazanxanasında baş verib. Eyni zamanda, qaz sızması versiyası da nəzərdən keçirilir. Yaşayış binasına ciddi ziyan dəyib. Partlayış nəticəsində bir neçə nəfər güclü yanıq xəsarəti alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR