«TBC Kredit» avtomobil kreditləri ilə bağlı aksiya keçirir

«TBC Kredit» avtomobil kreditləri ilə bağlı aksiya keçirir
# 09 fevral 2012 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı 8 Mart - beynəlxalq qadınlar günü bayramı münasibəti ilə avtomobil kreditləri üzrə 1% endirim kampaniyası keçirir.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, istənilən xanım müştərilər yeni və ikinci əl avtomobilləri ilkin ödənişsiz, illik 17% dərəcəsi ilə, 50 min manatadək 5 il müddətinə əldə edə bilərlər.

Şərtlərdə həmçinin 25 min manatadək olan avtomobillərin sığortasız 3-36 ay müddətinə kreditlə alınması imkanının da olduğu qeyd edilir.

«TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin (2007-ci ilin dekabr ayından) 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR