Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: “Azərbaycan Gömrük İttifaqına daxil olmaqda maraqlı deyil”

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev: “Azərbaycan Gömrük İttifaqına daxil olmaqda maraqlı deyil”
# 16 iyul 2012 08:11 (UTC +04:00)
APA-nın «Kazinform»a istinadən verdiyi məlumata görə, bunu Avrasiya iqtisadi komissiyasının gömrük əməkdaşlığı üzrə naziri Vladimir Qoşinlə görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Görüşdə V. Qoşin Gömrük İttifaqı haqqında Azərbaycan nümayəndə heyətinə məlumat verib. Amma Azərbaycan tərəfi bu təşkilata daxil olmayacağı barədə fikrini bildirib. A. Əliyev Azərbaycanda yeni Gömrük Məcəlləsi hazırlandığını və qəbul edildiyini söyləyib.

Qeyd edək ki, Qazaxıstan, Rusiya və Belarus arasında Gömrük İttifaqı 2010-cu ildə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR