«Turan Bank» Azərbaycanda kənd təsərrüfatının inkişafına dair USAID ilə lə uzunmüddətli müqavilə bağlayıb

«Turan Bank» Azərbaycanda kənd təsərrüfatının inkişafına dair USAID ilə lə uzunmüddətli müqavilə bağlayıb
# 02 oktyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Bank» ASC ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) «Kənd təsərrüfatı kreditlərinə zəmanət Layihəsi» üzrə müqavilə imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi «Turan Bank»ın kənd təsərrüfatı sektorunda mikro, kiçik və orta sahibkarlıq (MKOS) üzrə kreditlərə USAID tərəfindən zəmanət verilməklə onların inkişafını dəstəkləməkdir.

Layihənin müddəti 8 ildir və bu müddət ərzində kənd təsərrüfatı, xüsusilə narçılıq, fındıqçılıq, alma, akvakultura və südçülük sahələrinin inkişafı əsas hədəflərdən biridir.

Qeyd edək ki, «Turan Bank» USAID-lə 2011-ci ildən əməkdaşlıq edir.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR