Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dövrlərə aid silahlar sərgilənəcək

Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dövrlərə aid silahlar sərgilənəcək
# 03 oktyabr 2012 12:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dövrləri əks etdirən Azərbaycan, Şərq və Avropa silahlarının sərgisinin açılışı keçiriləcək.

Muzeyin direktoru, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlının APA-ya verdiyi məlumata görə, oktyabrın 5-də ictimaiyyətin ixtiyarına veriləcək sərginin nümayişi 2013-cü ilin yanvarın 15-dək davam edəcək.

O bildirib ki, XVIII əsrin sonu - XIX əsrin əvvəlində Azərbaycanda metal emalının geniş yayılmış sahələrindən biri silah olub: “Silah istehsalı metalişləmənin aparıcı sahələrindən biri olub. Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və Bayraqlar fondunun əsas hissəsini təşkil edən silahlar Azərbaycanın maddi mədəniyyət abidələri kimi milli mənəvi dəyərlərin, soykökümüzü təsdiqləyən tarixi mənbədir. Muzeyin silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silahsazlarının yüksək peşəkarlığını, onların bədii-estetik zövqünü göstərir”.

N.Vəlixanlı deyib ki, muzeyin fondunda müxtəlif dövrləri və ölkələri əks etdirən silahlar saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR