Mərkəzi Bank "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən bir nəfərin adını "qara siyahı"ya əlavə edib

Mərkəzi Bank "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən bir nəfərin adını "qara siyahı"ya əlavə edib
# 05 noyabr 2015 06:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin noyabrın 2-də qəbul edilmiş qərarlarına uyğun olaraq noyabrın 4-də ümumi siyahını yeniləyib.

Xidmətdən “APA-Economics”ə verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, bir nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxsin adı Torek Aghadır.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR