Tovuzda fərdi evdə yanğın olub

Tovuzda fərdi evdə yanğın olub
# 27 iyul 2016 20:01 (UTC +04:00)

Bakı-APA. Tovuzda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin aynabəndində 30 kv.m sahədə ev əşyaları yanıb.

Yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR