"AzMont" bank lisenziyasının alınması üçün Monteneqro Mərkəzi Bankına müraciət edib

"AzMont" bank lisenziyasının alınması üçün Monteneqro Mərkəzi Bankına müraciət edib
# 05 noyabr 2015 14:20 (UTC +04:00)

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Şirkət bank lisenziyasının əldə edilməsi ilə bağlı Monteneqro Mərkəzi Bankına rəsmi sorğu göndərəcək. Bununla da lisenziyanın əldə edilməsi prosesi yekunlaşacaq.

Şirkətdən bildirilib ki, məqsəd digər ölkələrin qeyri-neft sektoruna investisiyaların yatırılmasıdır.

Xatırladaq ki, SOCAR 2018-ci ilin əvvəlinə Monteneqroda dəbdəbəli kurortun tikintisini başa çatdıracaq.

2012-ci ildə Monteneqroda keçmiş hərbi obyektin 90 il müddətinə icarəsi üzrə tenderin qalibi "Triangle Investments and Development Limited" şirkəti tərəfindən təmsil olunan SOCAR şirkəti olub. Layihənin Monteneqroda reallaşdırılması məqsədilə Azərbaycan tərəfi "AzMont Investments" MMC təsis edib. Kurort kompleksi Kumbor şəhərində Boko-Kotor körfəzinin sahilində köhnə kazarmaların yerində yerləşəcək. Yeni kompleks imkanlı müştərilər üçün nəzərdə tutulan “One&Only” kurortlar şəbəkəsinə daxil olacaq. Monteneqrodakı otel Avropada bu şəbəkənin ilk layihəsi olacaq.

Kompleksin tikintisi 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR