Bakı Ali Neft Məktəbində “Gənclər günü” münasibəti ilə tədbir keçirilib - FOTO

Bakı Ali Neft Məktəbində “Gənclər günü” münasibəti ilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 31 yanvar 2014 08:45 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində (BANM) “Gənclər günü” münasibəti ilə tədbir keçirilib.

BANM-dan APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini Tahir Süleymanov, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Bakı Ali Neft Məktəbində “Gənc Neftçilər” adlı respublika üzrə keçirilən olimpiadanın qalibləri, habelə Bakı Ali Neft Məktəbinin müəllim-tələbə heyəti və digər şəxslər iştirak ediblər.

BANM rektoru Elmar Qasımov Məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verib, bildirib ki, bu ali təhsil olacağı yeni yaranmasına baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013-cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb, ali məktəblər arasında mütləq lider olub.

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən və önəmindən bəhs edən rektor bildirib ki, bu gün gənclərin inkişafı və gələcəkdə lider kimi yetişməsi üçün dövlət tərəfindən lazımi şərait yaradılıb, bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.

T. Süleymanov çıxışında qeyd edib ki, gənclər, xüsusən tələbə gənclər dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın insan potensialının özəyi olan gənclərin inkişafı və həyatda özlərini təsdiq etmələri üçün hər cür şəraitin dövlət tərəfindən yaradıldığını bildirən T. Süleymanov vurğulayıb ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir.

X. Məmmədov bildirib ki, yeni yaranmasına baxmayaraq, BANM iki ildir, TQDK-nın tərtib etdiyi təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olub. O bunun yüksək nailiyyət, eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd edib.

Tədbirdə iştirak edən İ. Babayev ölkədə həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq, bu gün Azərbaycanda gənclərlə işin dövlət siyasətinin tərkib hissəsi olmasını sevindirici hal kimi xarakterizə edib.

F. Hacıyev qeyd edib ki, ölkədə məhz BANM kimi ali təhsil ocaqlarının yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.

BANM-də Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında məlumat verən təşkilatın sədri Rəvan Adilov qeyd edib ki, bu ali təhsil müəssisəsində təhsil alan tələbələr istər ali məktəb çərçivəsində, istərsə də ölkənin ictimai-sosial həyatında fəal iştirak edirlər.

BANM-in TGT-nın həyata keçirdiyi tədbirlər haqqında məlumat verən R. Adilov qeyd edib ki, bu yaxınlarda 3 böyük tədbir keçirilib. Bunlardan biri BANM-in Tələbə Gənclər Təşkilatının qalibi olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində “Gənc Neftçilər” olimpiadasıdır. Bu layihəyə əsasən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ali məktəbdə respublika üzrə olimpiada keçirilib. Olimpiadalar 5 istiqamət (iqtisadi biliklər, tarix, psixologiya, tibbi biliklər və gənc neftçilər) üzrə aparılıb. “Gənc Neftçilər” olimpiadasında 1000-ə yaxın tələbə qeydiyyatdan keçib, 36 tələbə olimpiadanın final mərhələsində iştirak hüququ qazanıb.

Tədbirin sonunda fərqlənənlərə diplomlar, həvəsləndirici diplomlar, sertifikatlar və hədiyyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR