Lənkəranda yol qəzasında bir nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında bir nəfər xəsarət alıb
# 11 sentyabr 2013 07:09 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2107” markalı minik avtomobili qarşı tərəfdən gələn Lənkəran şəhər sakini, 1950-ci il təvəllüdlü Ağababa Qulam oğlu İsayevin idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil ciddi zədələnib, həmçinin “VAZ-2107”-nin sürücüsü Ağababa İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, yolun kənarındakı elektrik dirəyi aşıb, hasar dağılıb.

Hadisə yerinə gələn yol polisinin əməkdaşları dərhal qəzanın səbəblərini araşdırmağa başlayıblar. Məlum olub ki, yağmurlu hava şəraitində düzgün sürət həddi seçməyən “VAZ-21015” markalı avtomobilin sürücüsü qarşıdakı hərəkət zolağına keçərək əvvəlcə yolun kənarındakı elektrik dirəyinə və hasara çırpılıb, daha sonra hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə toqquşmaqla qəza törədib. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR