Azərbaycanda ən ağır cərrahi əməliyyatlardan sayılan aorta damarının genişləndirilməsi həyata keçirilib

Azərbaycanda ən ağır cərrahi əməliyyatlardan sayılan aorta damarının genişləndirilməsi həyata keçirilib
# 12 iyun 2013 13:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda ən ağır əməliyyatlardan sayılan AORT (şahdamar) damarının genişləndirilməsi əməliyyatı Respublika Müalicə Diaqnostika Mərkəzində həyata keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu xəstəlik 55 yaşdan yuxarı hipertoniyadan əziyyət çəkən (əksər hallarda kişilər) insanların 10 faizində aşkarlanır.

Bu unikal əməliyyat bu dəfə 71 yaşlı paytaxt sakini Nazim Məmmədzadənin üzərində aparılıb. Xəstə aortanın anevrizması, damar ölçüsünün müxtəlif nahiyələrində iki dəfəyə qədər genişlənməsi, şişməsi və son mərhələyə çataraq yırtılması diaqnozu ilə mərkəzə yerləşdirilib.

Prof. Dr. Əhməd Məmişin rəhbərliyi ilə həyata keçirilən əməliyyat iki saat davam edib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əməliyyatdan sonra xəstə 4-6 saat reanimasiyada qalıb. Anevrizmanın qapalı yolla müalicəsindən bir həftə sonra xəstənin normal həyata qayıtması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR