Azərbaycanlı alim Sevinc Bağırovaya “TÜRKSOY-un 20 illik yubiley medalı” təqdim olunub - FOTO

Azərbaycanlı alim Sevinc Bağırovaya “TÜRKSOY-un 20 illik yubiley medalı” təqdim olunub - <span style="color: red;">FOTO
# 13 mart 2014 11:16 (UTC +04:00)

Bakı – APA. Martın 10-da Türkdilli Dövlətlərin Mədəniyyət Təşkilatının (TÜRKSOY) baş qərargahında qurumun baş katibi Düsen Kaseinov tərəfindən tanınmış mədəniyyətşünas, tarix elmləri doktoru Sevinc Bağırovaya “TÜRKSOY-un 20 illik yubiley medalı” təqdim olunub. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın tanınmış alimlərindən biri olan Sevinc Bağırova, türkdilli xalqların dil və tarix irsinin araşdırılmasına, eləcə də mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi mühüm töhfələrə görə bu ali medala layiq görülüb.

S. Bağırova çıxışında elmi-ictimai fəaliyyətlərinin TÜRKSOY tərəfindən yüksək qiymətləndirilməsinə görə qurumun rəhbərliyinə öz təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR