Bank Of Baku

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi 30%-dən çox artıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi 30%-dən çox artıb
# 06 avqust 2026 12:31 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə, əsasən SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 33,3% çoxdur.

Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 11 mln. kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 35,3%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR