“Unibank” müştərilərinin istifadəsinə “Mastercard Moneysend” xidmətini verib

“Unibank” müştərilərinin istifadəsinə “Mastercard Moneysend” xidmətini verib
# 29 avqust 2014 10:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank”ın “Mastercard” sahiblərinə daha bir hədiyyə edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın kart sahibləri pul köçürmələrini daha asan və sürətli olaraq “Mastercard” sahibi olan digər qohumlarının, dostlarının, tanışlarının ani köçürmə edə bilərlər. “Unibank”ın qoşulduğu “Moneysend” xidməti, bu fərqli xidmətdən faydalanmaq imkanı verir.

“Unibank” kartı olan müştərilər “Mastercard Moneysend” xidmətindən istifadə edərək, bankın bankomatları vasitəsilə pul köçürə biləcəklər. Bu proses bir neçə saniyə çəkəcək. Bu köçürmə, “Unibank-ın Mastercardları” vasitəsi ilə mümkün olacaq.

“Unibank”ın “Mastercard” plastik kartı vasitəsilə bu əməliyyat Azərbaycan daxilində aparıldıqda, müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP), Azərbaycandan xaricdəki plastik karta pul köçürüldükdə 1% (min. 2 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR