“Amrahbank” nizamnamə kapitalını artırır

“Amrahbank” nizamnamə kapitalını artırır
# 02 aprel 2015 13:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Amrahbank” ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 43 165 ədəd, emissiyanın ümumi həcmi isə 4 316 500 manat təşkil edir.

Yerləşdirmədə anderrayter qismində "AzFinance Invest" MMC çıxış edəcək.

Yerləşdirmə baş tutsa, bankın nizamnamə kapitalı 4 316 500 manat və ya 10,83% artaraq 44 160 900 manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR