Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində bir neçə yeni qurum yaradılır

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində bir neçə yeni qurum yaradılır
# 10 oktyabr 2014 15:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin (KTN) fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

APA-Economics” xəbər verir ki, sərəncama əsasən, KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılacaq.

Bundan başqa, Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması da qərara alınıb.

Sərəncamda qeyd olunub ki, KTN yanında Dövlət Baytarlıq Xidməti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti adlandırılsın.

Sərəncamda “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu” təsdiq edilməsi də əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR