Bank Of Baku

Qazaxda avtomobil maneəyə çırpılıb, iki qardaş xəsarət alıb

Qazaxda avtomobil maneəyə çırpılıb, iki qardaş xəsarət alıb
# 29 iyun 2018 16:12 (UTC +04:00)

Qazaxda iki qardaşın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ürkməzli kəndinə gedən yolda qeydə alınıb. Ürkməzli kənd sakini, 1993-cü il təvəllüdlü Dağlar Vüqar oğlu Qasımov idarə etdiyi “BMV” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü və onun qardaşı, 2001-ci il təvəllüdlü Sərdar Vüqar oğlu Qasımlı bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR